10 C
Baku
Thursday, December 12, 2024

“Xiaomi” kompaniyası dünyada ən güclü smartfonunu təqdim etdi – FOTO

Çin kompaniyası “Xiaomi” dünyada ən güclü smartfonunu təqdim edib. “Black Shark 2 Pro” maye soyutma sistemi ilə birlikdə “Qualcomm Snapdragon 855 Plus”un səkkiz nüvəli prosessoru ilə təchiz edilib. Komplektləşdirmədən asılı olaraq 12 GB operativ yaddaşa, 128 GB və 256 GB daxili yaddaşa malikdir.

Bu haqda “GizChina” nəşri yazıb.

İki əsas kameranın ölçüsü 48 və 12 meqapikseldir, ön hissə isə 20 meqapiksel. Cihaz sürətli şarj imkanı – 4000 mAh həcmli bir batareya ilə təchiz olunub. Telefon 6,39 inç AMOLED-ekran ilə və 2340х1080 piksel ilə təchiz edilib. Ekranda barmaq izi skaneri quraşdırılıb. Qajet ОС Android 9.0 Pie əməliyyat sistemi ilə işləyir.

İstehsalçının sözlərinə görə, yenilik AnTuTu bençmarkında 500 000-dən çox bal yığıb bu isə onu dünyanın ən güclü smartfonu edir.

2019 08 01 09 41 15 f60c

Qeyd etmək yerinə düşər ki, smartfonun satışları avqustun 2-dən etibarən start götürəcək. Devaysın 128 GB daxili yaddaş həcminə malik olan smartfonun qiyməti 435 dollar təşkil edəcək. 256 GB daxili yaddaş həcminə malik olan smartfonun qiyməti isə daha çox 508 dollardır.

Əlavə etmək yerinə düşər ki, mayın 28-də məlum olmuşdu ki, “Xiaomi” şirkəti yeni “Redmi K20 Pro” smartfonunu təqdim edib. Bazara çıxandan sonra məhsul “flaqman killeri” adını almışdı. Smartfon “Qualcomm Snapdragon 855” prosessoru üzərində işləyir.

©Facemark.az

Son xəbərlər
Digər xəbərlər