Çinin smartfon istehsalçısı və dünyanın ən böyük startaplarından biri olan Xiaomi şirkəti IPO-ya çıxmaq üzrə Honkonq birjasına sorğu göndərib. Şirkət IPO vasitəsilə 10 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Şirkətin IPO keçirtmək üçün sorğu göndərməsi Honkonq birjasının IPO prosesinin sadələşdirməsindən sonra baş verib. IPO prosesinin sadələşdirilməsi isə bütün dünyadan böyük innovativ şirkətlərin cəlb olunması üçün edilib. Xiaomi şirkəti IPO-nun keçirilməsi şərtlərini hələ açıqlamayıb.
Lakin məlumata əsasən o bu vasitə ilə 10 milyard dollar investisiya cəlb etməyi planlaşdırır. Əgər bu baş versə sözügedən IPO 2018-ci ilin ən böyük IPO-su olacaq. Güman olunur ki, bu halda Xiaomi şirkətinin bazar qiyməti 100 milyard dollara çatacaq. Beləliklə o, Tencent və Alibaba-dan sonra Çinin 3-cü ən yüksək texnologiyalı şirkəti hesab olunacaq. IPO-nun uğurlu keçirilməsi halında Xiaomi şirkəti 10 milyard dollarlıq nəticə ilə indiyənə kimi keçirilmiş ən böyük IPO-ların top-15 siyahısına daxil olacaq və Honkonq birjasında 4-cü yeri tutacaq.