9 C
Baku
Thursday, December 12, 2024

“Xiaomi” şirkəti mikro kreditlər verməyə başlayıb

Elektronika istehsalçısı “Xiaomi” şirkəti mikro kreditlər verməyə başlayıb. “Gizmochina” nın verdiyi məlumata görə, xidmət hələki yalnız Hindistanda və yalnız Android istifadəçiləri üçün əlçatandır.

“Mi Credit” müştərisi müqaviləsiz və ofisə baş çəkmədən krediti birbaşa smartfonu vasitəsilə ala bilər. Kredit limiti 100 min rupi (təxminən 2 400 AZN). Xidmətin maliyyə məsələlərinə görə Hindistanın bank olmayan beş təşkilatı məsuliyyət daşıyır.

İndi “Mi Credit” xidməti ölkənin on əyalətində fəaliyyət göstərir, 2020-ci ilin mart ayına qədər şirkət xidmət regionunu genişləndirmək niyyətindədir. “Xiaomi” nin mikro kredit biznesini digər ölkələrdə inkişaf etdirəcəyi barədə dəqiq məlumat yoxdur. Xidməti “Google Pay” və “Xiaomi” smartfonlarının tətbiqlər mağazasında tapmaq mümkündür.

Qeyd edək ki, “Xiaomi” maliyyə sektoru ilə maraqlanan yeganə şirkət deyil. Bu ilin mart ayında “Apple” ABŞ bazarında “Apple Card” kartını təqdim etmişdir, onun emitenti kimi “Goldman Sachs” çıxış edib

Son xəbərlər
Digər xəbərlər