9 C
Baku
Friday, December 13, 2024

“Xiaomi” SU7-nin idman versiyasını buraxır

“Xiaomi”nin qurucusu və icraçı direktoru Lei Jun 2025-ci ilin ilk yarısında SU7 elektromobilinin sport versiyasının (SU7 Ultra) satışa çıxarılacağını açıqlayıb.

Şirkət 2024-cü il iyulun ortalarında SU7 Ultra-nın prototipini nümayiş etdirib. Bu, 2023-cü ildə təqdim edilmiş SU7 elektrik avtomobili əsasında hazırlanmış idman avtomobilidir. Avtomobil 100 km/saatadək 1.97 saniyəyə sürətlənir, maksimal sürət 350 km/saat təşkil edir.

download 21

download 20

Xiaomi iqtisadi səbəblərə görə karbon korpusdan imtina edəcək. Bu, yəqin ki, avtomobilin çəkisinə təsir edəcək. Prototipin çəkisi 1900 kq-dır. Müqayisə üçün qeyd edək ki, SU7-nin çəkisi 1980 kq-dır.

Avtomobilin qiyməti hələlik məlum deyil. Lei Jun SU7 Ultra-nın SU7-dən “bir az daha bahalı” olacağını söyləyib. Sonuncunun qiyməti 215.9 min yuandan (təxminən 30 min dollar) başlayır.

Son xəbərlər
Digər xəbərlər