16 C
Baku
Tuesday, April 30, 2024

“Xiaomi” yeni ağıllı eynəklər təqdim edib

“Xiaomi” şirkəti yeni aksesuarını – telefonda danışmaq və musiqi dinləmək üçün istifadə edilə bilən “Mijia Smart Audio Glasses” smart eynəklərini təqdim edib. İlkin sifariş mərhələsində aksesuarın qiyməti 799 yuan təşkil edəcək, lakin ağıllı eynəklərin Çindən kənarda satışının mümkünlüyü barədə hələlik məlumat verilmir.

Yenilik beş fərqli dizaynda, o cümlədən tünd rəngli linzalı gün eynəkləri və görməni korreksiya edən eynəklər çərçivəsində mövcuddur. “Xiaomi”nin dediyinə görə, eynək təkcə musiqi dinləməyə deyil, həm də telefon zənglərini qəbul etməyə imkan verir – səsin daha yaxşı ötürülməsi üçün aksesuar süni intellektə əsaslanan səs-küyün azaldılması alqoritminə malik iki mikrofon alıb.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Mijia Smart Audio Glasses” eynəklərinin avtonomluğu yeddi saat danışmağa və on saata qədər musiqi dinləməyə imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər