17 C
Baku
Friday, May 3, 2024

“Xiaomi” yeni Mi Band 7 Pro qolbağını təqdim edib

“Xiaomi” şirkəti yeni məhsulların təqdimatı çərçivəsində ağıllı saata bənzəyən flaqman fitnes qolbaq Mi Band 7 Pro təqdim edib. Bildirilir ki, satışlar iyulda başlayacaq və yeniliyin qiyməti 60 dollar təşkil edəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeni aksesuar 280×456 piksel təsvir ölçülü 1,6 düymlük düzbucaqlı AMOLED ekran alıb. Qolbaq ürək döyüntüsü sensoru ilə təchiz olunub, qanın oksigenlə doyma səviyyəsini izləyə bilir, həmçinin yuxuya və onun keyfiyyətinə nəzarət etmək üçün təkmilləşdirilmiş imkanlara malikdir.

Qeyd edildiyi kimi, Mi Band 7 Pro cihazı 100-dən çox idman növünü dəstəkləyir və suya davamlı korpus sayəsində su idmanı zamanı qolbaqdan istifadə etməyə imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər