23 C
Baku
Friday, April 26, 2024

“Xiaomi” yeni “Redmi Note 11” smartfonunu təqdim edib – Qiyməti $187

“Xiaomi” şirkəti yeni “Redmi Note 11” smartfonunu təqdim edib.

Banker.az xəbər verir ki, yenilik 6.6 düymlük Full HD+ ekran, 16 MP ön və 50 MP + 8 MP arxa kameralarla təchiz edilib.

Redmi Note 11 3

Smartfonun səmərəliyinə Dimensity 810 çipseti cavabdehdir. “Redmi Note 11”in operativ yaddaşı konfiqurasiyadan asılı olaraq 4GB və ya 8GB, fleş-yaddaşı isə 128 GB və ya 256 GB təşkil edir. Əməliyyat sistemi olaraq Android 11 quraşdırılıb.

Redmi Note 11 2

“Redmi Note 11” smartfonu dörd versiyada satışa çıxarılacaq: 4/128 GB, 6/128 GB, 8/128 GB və 8/256 GB. Smartfonların qiyməti müvafiq olaraq $187, $203, $234 və $266 təşkil edəcək.

Redmi Note 11 4

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər