10 C
Baku
Thursday, December 12, 2024

Xidməti müqavilə mübahisələrinə aydınlıq gətirildi

“Xidməti müqavilə ilə işləyən vergi ödəyiciləri. vergi güzəştlərini cari vergi ödənişləri vaxtı nəzərə alacaqlar. Mikro vergi ödəyicisi ( illik gəliri 200 min manatadək olanlar) hər rübdən sonrakı ayın 20-dək vergi məbləğindən 75% güzəşti çıxaraq qalan məbləği dövlət büdcəsinə köçürəcəkdir”.

Bunu keçirilmiş mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

“Yəni büdcəyə artıq vergi ödənişi olmayacaqdır. Tutaq ki, vergi ödəyicisi 10 min manat gəliri əldə etmək üçün 8 min manat xərc çəkib. Qalan 2 min manat gəlir və ya mənfəətdən 20% vergi hesablanır. Hesablanmış 400 manat vergidən 75% güzəşt, yəni 300 manat çıxılır və 100 manat dövlət büdcəsinə ödənilir”.

Qeyd edək ki, hazırda xidmətlər göstərən bir sıra sadələşdirilmiş vergi ödəyiciləri gələn ildən gəlir və ya mənfəət vergisinin ödəyicisi olacaqlır. Vergi dərəcəsi 20%-dir. Digər tərəfdən mikro sahibkarlara hesablanmış verginin 75%-i güzəşt ediləcəkdir.

©Marja

Son xəbərlər
Digər xəbərlər