Azərbaycan və Ermənistan XİN rəhbərlərinin təxirə salınan görüşünün yenidən keçirilməsi istiqamətində müvafiq iş aparılır.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, görüşün yaxın zamanlarda baş tutacağı gözlənilir.
Onun sözlərinə görə, bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.