10 C
Baku
Thursday, December 12, 2024

XİN İranın Xudafərində terrorçu qrupun həbs olunmasına dair bəyanatına münasibət bildirib

“Azərbaycan-İran dövlət sərhədi dostluq və əməkdaşlıq sərhədi kimi tanınır. Azərbaycan və İran sərhədçiləri arasında qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsi nümunəvidir”.

Bunu Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva “Bu gün İranın Sərhəd Mühafizəsi Orqanları tərəfindən sərhədyanı Xudafərin rayonu ərazisində terrorçu qrupun müəyyən edilərək həbs olunmasına dair bəyanat yayılmışdır. Xudafərin rayonunun Azərbaycan ilə həmsərhəd olduğunu nəzərə alaraq, bununla bağlı hər hansı bir şərhiniz varmı?” sualına cavabında deyib.

“Ara-sıra baş verən sərhəd pozuntusu və qaçaqmalçılıq halları yerlərdəki komandirlər arasında birbaşa təmaslar çərçivəsində tənzimlənir. İran Sərhəd Mühafizəsi Orqanlarının bugünkü bəyanatının Azərbaycan-İran dövlət sərhədinə heç bir aidiyyəti yoxdur”, – o qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər