8 C
Baku
Thursday, December 12, 2024

XİN vətəndaşları Fələstinə səfər etməməyə çağırıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Fələstinə səfər etməməyə çağırıb.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur.

“Hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”, – məlumatda qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər