10 C
Baku
Thursday, December 12, 2024

Xiyarın kilosu 5 qəpiyə endi: 30-40 min zərərdədilər – VIDEO

Ölkənin tərəvəz məhsulları ilə təminatında böyük payı olan Şəmkir fermerləri ciddi problemlə üzləşiblər. Rayonun əksər kəndlərində istixanalar var. Oradan hər gün Bakıya və ölkənin digər şəhər və rayonlara tərəvəz daşınır. Amma bu gün Şəmkirdə xiyarın satış qiyməti fermerləri qane etmir. Bakıda xiyarın kiloqramı 50 qəpik olduğu halda Şəmkirdə 10 kiloqramı 50 qəpikdir, yəni kilosu 5 qəpik.

Banker.az “ATV” xəbərə istinadən xəbər verir ki, Şəmkirin ən böyük bazarlarında qiymətlər fermerləri qane etmir. Burada xiyarın 10 kiloqramlıq kisəsinin qiyməti 25 qəpikdən 70 qəpiyə kimi dəyişir. Qiymətin aşağı olması onları ziyana salır. Fermer deyir ki, qiymətin aşağı olması məhsulun çox olması ilə əlaqədardır.

«Bu gün kilosu 5 qəpikdir. Nə qədər parnik sahibləri, təsərrüfatçılar bu dəqiqə zərərdədir. Hərəsi 30-40 min manat zərərdədir» – deyə Şəmkir sakini Şəhadət Əliyev bildirir.

Ətraflı videonu təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər