2017-ci il “Xoruz ili”dir. Azərbaycanda çalışan bəzi bankirlər məhz “Xoruz ili”ndə anadan olub. Beləliklə, “Xoruz ili”ndə anadan olan bankirlərin siyahısını oxucularımıza təqdim edirik.
AFTANDİL BABAYEV
1957-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. Azərbaycanlıdır. Ali təhsillidir.
1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Xalq Təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978-1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə “Azkolxoz xüsusi tikinti” Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlayıb.
1979-1980-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.
1981-ci ildən 1983-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləyib.
1983-cü ildən 1984-cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984-cü ildən 1994-cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləyib.
1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.
1994-cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995-ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000-ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilib.
2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib.
2006-cı ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib.
2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
2012-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə üçüncü dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilib.
Hal-hazırda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvüdür, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini vəzifəsində çalışır.
2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, 3 övladı var.
ABBAS İBRAHİMOV
1981-ci il iyul ayının 11-dən anadan olub. 1994-1999-cu illərdə Anadolu Türk liseyində təhsil alıb. 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili alıb.
ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlayıb, proqramın son səviyyəsinə namizəddir.
Hazırda rəsmən “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri olsa da, onun Azərbaycan Beynəlxalq Bankına yeni təyinat alacağı gözlənilir.
YURİ YAKOVLEV
“Bank VTB (Azərbaycan)” ASC-də öz vəzifələrinin icrasına 2014-cü ilin iyul ayında başlayıb. Yuriy Yakovlev Bank VTB (Azərbaycan)-da çalışmağa başlamazdan əvvəl Bank VTB ASC-nin Nyu-Dehlidəki (Hindistan) filialına rəhbərlik edib.
Y. Yakovlev 1957-ci ildə anadan olub. O, Rusiya Federasiyası XİN-in Diplomatiya Akademiyasının məzunudur. O, həmçinin Moskva Bədən Tərbiyəsi İnstitutunu bitirib.
Y. Yakovlev beynəlxalq ticarət və maliyyə sahəsi üzrə elmlər namizədi elmi dərəcəsini alıb.
2003-2005-ci illərdə Y. Yakovlev bank sektorunda “Rusiya İnvestisiya Alyansı” bankında xarici ticarət əməliyyatları idarəsinin rəisi vəzifəsində çalışıb.
2006-ci ildə o VTB Qrupda Bank VTB ASC-nin Hindistandakı rəhbəri kimi fəaliyyət göstərib.
FƏRİD ABUŞOV
31 oktyabr 1981-ci ildə anadan olub.
2007-ci ildən DəmirBank-da çalışır.
O, ilk əvvəl Strateji İnvestorlar və Layihələr şöbəsinin müdiri vəzifəsində, müxtəlif illərdə isə Xəzinədarlıq Departamentinin direktor müavini və sonradan direktoru vəzifələrində çalışıb.
2009-cu ildə DəmirBank-da Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsinə təyin olunub. Böyük Britaniyanın University College London universitetin İqtisadiyyat fakültəsinin Magistrı və Royal Holloway universitetinin Iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Hazırda “DərmiBank”ın İdarə Heyətinin sədridir.
ÇİNGİZ ƏMİRCANOV
1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakultəsini bitirib.
Əmək fəaliyyətinə 1992-ci ildə “İ v M” Səhmdar Cəmiyyətində Baş Mühasib vəzifəsində başlayıb. 1993-cü ildən 1997-ci ilə qədər “Azak Bank” ASC-də Mühasib sonra isə Böyük Mühasib vəzifələrində çalışıb. 1997-ci ildən “Qafqaz İnkişaf Bankı” ASC-də Baş Mühasibin Müavini, sonra isə Baş Mühasib vəzifələrində çalışıb.
23 noyabr 2007-ci il tarixindən “Bank Avrasiya” ASC Maliyyə departamentinin direktoru – Baş Mühasib vəzifəsində çalışmaqdadır.
13 may 2014-cü il tarixindən “Bank Avrasiya” ASC-nin İdarə Heyətinin üzvü seçilib.
FUAD İSLAMOV
2011-ci ildən Azərbaycan Beynəlxalq Bankının baş direktoru vəzifəsində çalışır.
1992-2011-ci illərdə Azərbaycan Beynəlxalq Bankı Xarici ticarətin maliyyələşdirilməsi, Korporativ və sənədli əməliyyatlar, Korporativ müştərilərə xidmət, Korporativ biznesin inkişafı departamentlərində müxtəlif vəzifələrdə çalışıb.
1991-1992-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Layihə İnstitutunda və SSRİ Xarici İqtisad Bankında çalışıb.
Fuad İslamov 28 aprel 1969-cu il Bakı ş. anadan olub.
Azərbaycan Dövlət İqtisad Universiteti, Qeyri-iqtisadi əlaqələrinin planlaşdırması və təşkili, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Mühəndis fizik-neftçi fakültələrində təhsil alıb.