6 C
Baku
Sunday, December 15, 2024

Xorvatiyada may ayında inflyasiya rekord həddə çataraq 11 %-ə yüksəlib

Bu ilin may ayında Xorvatiyada şəxsi istehlak üçün mal və xidmətlərin qiymətləri orta hesabla 10,8 % artıb.

Bu barədə Xorvatiya Statistika Bürosunun mətbuat xidməti öz saytında məlumat yayıb.

Qeyd olunub ki, büro bütün statistika tarixində ölkədə inflyasiyanın belə artımını müşahidə etməyib. Bundan əvvəl ən yüksək inflyasiya aprel ayında qeydə alınıb. Həmin dövr mal və xidmətlərin maya dəyərinin artım tempi 9,4 % təşkil edib.

İllik ifadədə ölkədə, demək olar ki, bütün kateqoriya mal və xidmətlərin qiymətləri artıb. Qiymət ən çox nəqliyyat sahəsində 19 % artıb.

Qida və spirtsiz içkilər 15 %-dən çox bahalaşıb. Restoran və hotellərdə qiymətlər 12 % artıb.

Mebel isə, demək olar, 12 % daha bahalı olub. Qaz, su, elektrik enerjisi və digər yanacaq növlərinin dəyəri 9,2 faiz artıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər