10 C
Baku
Thursday, December 12, 2024

Xorvatiyanın Avrozonaya daxil olması təsdiqlənib

Avropa İttifaqının liderləri Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avro zonasına daxil olmasını təsdiqləyiblər.

Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının yaydığı məlumatda deyilir.

Sənədə əsasən, gələn ildən Xorvatiya avronu tətbiq etməyə başlayacaq.

Xorvatiya qoyulan bütün tələbləri yerinə yetirdiyi üçün avronu qəbul etməyə hazırdır və bununla da Avrozona üzvlərinin sayı iyirmiyə çatacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər