10 C
Baku
Sunday, May 19, 2024

Xorvatiyanın İT şirkətinin Azərbaycan üzrə yeni baş meneceri təyin olunub

Eldar Cahangirov Xorvatiyanın İT şirkəti “Span”ın Azərbaycan üzrə yeni baş meneceri vəzifəsinə təyin edilib.

O, biznesin idarə edilməsi üzrə təcrübəyə malikdir və bu təyinata qədər ölkənin bir çox aparıcı İT və telekommunikasiya şirkətlərində (“Microsoft”, “Mastercard”, “Azercell Telecom” MMC, “Nar” (Azerfon), SAP və s.) rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, Altı qitədə 1200-dən çox müştəriyə xidmət edən Xorvatiyanın İT şirkəti Span iri müəssisə və biznes nümayəndələri üçün informasiya sistemlərinin layihələndirilməsi və tətbiqi xidmətləri, həmçinin texniki dəstək üzrə ixtisaslaşıb.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər