2 C
Baku
Saturday, December 14, 2024

“Xoşbəxtliyin təqibində” filmindən (The Pursuit of Happyness) motivasiya haqqında ən yaxşı sitatlar

Bu film iş adamı və filantrop Kris Hardnerin xatirələrinə əsaslanan bioqrafik bir filmdir.

– İşdən əvvəl müsahibəyə gedəcəm. Broker olaraq işləmək istəyirəm.

– Hə? Bəs niyə kosmonavt olaraq yox?

Heç kəsə sənin nəyisə edə bilməyəcəyinə inandırmaqlarına icazə vermə. Hetta mənə belə! Bilirsiniz, mən belə insanam. Əgər siz mənə bir sual versəniz, və mən bu sualın cavabını bilməsəm, bunu açıq- aydın etiraf edəcəm. Lakin nə olursa olsun, sualın cavabın tapıb siə deyəcəm.

Ata, istəyirsən sənə gülməli bir hadisə danışım? Qoca bir kişi fırtına zamanı balıq tuturdu. Onun yanına bir gəmi üzüb gəlir və gəminin kapitanı belə deyir: “

Sənə kömək edim?” Qoca kişi cavab verir: “Mənə Allah kömək edəcək”. Qoca kişi dənizdə boğulur və Allahın hüzuruna gələrək deyir: “ Sən mənə niyə kömək etmədin?” Allah isə cavab verir: “Mən səni xilas etmək üçün gəmi göndərmişdim”.

Prinsip çox sadədir: bir şirkətə nə qədər zəng olarsa, şirkət o qədər də müştəri qazanar. Müştərilərin sayı isə şirkətin gələn dollarların sayına bərabərdir.

Ştata 20 nəfərdən yalnız birini götürürdelər. Həmin şəxsin ən çox müştəriləri olmalıdır. Hər kəs gündə 8 saat çalışırdı. Lakin mənim oğlum var idi. İşə yalnız 6 saat ayıra bilirdim. Vaxtımı boş yerə itirməək üçün mən telefonun dəstəyini demək olar ki, heç asmırdım. Beləliklə mən gün ərzində altı dəqiqə qnaət etmiş olurdum. Bir də mən ayaq yoluna getməmək üçün su içmirdim.

Bir məqsəd təyin etmisənsə, ona nail ol.

Son xəbərlər
Digər xəbərlər