Sağlam həyat tərzi, sağlam qidalanma, siqaret və spirtli içkilər kimi zərərli vərdişlərdən uzaq olmaq, yaxşı yuxu və fiziki fəallıq yaddaşı uzun müddətlik qorumaq üçün ən yaxşı üsullardandır.
Yaddaşı inkişaf etdirməyin yolları:
Nəyisə yadda saxlamağa çalışdıqda bütün diqqəti yadda saxlamaq prosesinə yönəldin. Öz həyatınız və yadda saxlamaq istədiyiniz predmet arasında paralel əlaqələr qurmağa çalışın. Uyğunluq nə qədər çox olarsa, predmet bir o qədər yaxşı yaddaşınıza həkk olunacaq.
Əgər nəyisə – sözün mənası, məşhur bir şəxsin adı və s. unutmusunuzsa cəld bir şəkildə internetə daxil olub axtarmaq əvəzinə növbəti dəqiqələrdə onu özünüz xatırlamağa çalışın.
Əgər nəisə vacib bir şeyi yadda saxlamalısınızsa həmin predmeti beyninizsə nəisə məzəli, gülməli bir obraz halında yadda saxlayın. Beyin qeyri-adi şeyləri daha asan yada salır.
Rəqəmləri yadda saxlamaq ilə bağlı probleminiz varsa, ən yaxşı çıxış yolu rəqəmləri qruplara bölərək yadda saxlamaqdır. Məsələn, tutaq ki, yadda saxlamalı olduğunuz rəqəm 2467-dir. 2+4=6, 6-dan sonra isə 7 gəlir. Bu üsul ən effektiv təsir edən üsullardan biridir.
Bir predmeti tez və asan yadda saxlamağın bir yolu da həmin predmeti kiməsə izah etməkdir. Beyin dilinizlə səsləndirdiyiniz məlumatı daha asan qəbul edəcək.
Boş zamanlarınızda (məsələn, tıxacda, yaxud növbədə gözləyərkən) beyninizdə sadə riyazi misalları həll edə bilərsiniz.
Yaddaşınızı inkişaf etdirməyə kömək edən digər bir üsul isə günün axırında bütün baş verənləri beynizində yenidən canlandırmaqdır. Bundan əlavə, gün boyu etdiyiniz hərəkətlərinizə qiymət vermək də lazımdır. Özünüzə bu sualları verməklə başlaya bilərsiniz: Bu gün nə etmişəm? Hansı vacib işi yerinə yetirməmişəm? Hansı hərəkətim tənqidə layiq idi? Bu gün etdiyim hərəkətlərdən hansına sevinməliyəm?
Kitab oxuyun. Bu zaman beyin avtomatik olaraq detalları yadda saxlayır.
Şeirlər əzbərləyin. Məktəbdə əbəs yerə bunu tələb etmirlər.