2 C
Baku
Saturday, December 14, 2024

“Yandex” şirkəti “Tinkoff”u 5,5 milyard dollara alır

“Yandex” şirkəti “Tinkoff Bank”ın daxil olduğu “TCS Group” şirkətlər qrupunu almaq üçün müqavilə bağlayıb. Banker.az “TCS Group”a istinadən verdiyi məlumata görə, müqavilənin dəyəri təqribən 5,48 milyard dollar təşkil edir.

Beləliklə, 21 sentyabr tarixindən etibarən “Yandex” şirkəti 25,60 dollar (+8%) və ya 23,65 dollar (+16,9%) qiymətinə “TCS Group”u həm nağd pul, həm də öz səhmləri vasitəsi ilə ala biləcək.

Xatırladaq ki, “Yandex”in səhmləri Nastaq birjasında 4,43% artaraq 61,71 dollara, Moskva fond birjasında isə 2,51% artaraq 4 641,4 rubl səviyyəsinə çatıb. “TSC Group”un səhmlərinə gəldikdə, artım 6,28% təşkil edib (2076,8 rubl). Hərraclar sona çatanda London Fond Birjasında (LSE) qiymətli kağızların dəyəri 26 dollar olub (+1,56%).

Bildirildiyi kimi, “Tinkoff Bank”ın qurucusu Oleq Tinkov “TCS Group”da 40,4% paya sahibdir. H-hazırda o, leykoz xəstəliyinin müalicəsini davam etdirir. Bununla yanaşı, sahibkar ABŞ-a ekstradisiya ilə bağlı məhkəmə qərarını gözləyir. Belə ki, Tinkov 1 milyard dollar dəyərində aktiv gizlətməkdə şübhəli bilinir. Sahibkar həyat yoldaşı ilə birlikdə 2021-ci ildən sonra qan xərçəngi ilə mübarizə fondunu yaratmağı planlaşdırır.

Qeyd edək ki, internet şirkətin bankın baş strukturunu almaq barədə şayiələr ötən həftənin sonlarından etibarən “Telegram” kanallarında yayılmağa başlayıb. “Tinkoff”un qurucusu Oleq Tinkov, “Yandex” qrupunun rəhbəri Arkadiy Voloja 2019-cu ilin iyun ayında Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı bizneslərini birləşdirməyi təklif etmişdir.

Bu yaya qədər “Yandex” şirkəti “Sberbank” ilə ortaq biznes inkişaf etdirib – Yandex.Money elektron ödəmə xidməti və Yandex.Market şirkətlər qrupu. İyun ayında tərəflər rəsmi olaraq “boşanıblar”. “Sberbank” Yandex.Money-in 25%+1 hissəsini 2,4 milyard rubla alaraq mövqeyini daha da möhkəmləndirib. “Yandex” isə “Sberbank”ın Yandex.Market-dəki payını 42 milyard rubla geri alıb.

Son xəbərlər
Digər xəbərlər