2015-ci il yanvarın 31-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları $12 mlrd. 680,8 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $13 mlrd. 758,3 mln. təşkil edib. Beləliklə, 2015-ci ilin yanvar ayında bankın valyuta ehtiyatları 7,83% və ya $1 mlrd. 77,5 mln. azalıb.
Qeyd etmək lazımdır ki, AMB-nin valyuta ehtiyatları artıq 6-cı aydır ki, azalır.
2014-cü ildə AMB-nin valyuta ehtiyatları 2,78% azalıb.