Avtomobillərə dəymiş zərərə görə həyata keçirilmiş sığorta ödənişlərinin orta məbləği 1 082 manat olub.
Banker.az ISB-a istinadən məlumat verir ki, 2015-ci ilin yanvar ayında AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən həyata keçirilmiş sığorta ödənişlərinin 1,743,769 manatı nəqliyyat vasitələrinə dəyən zərərlərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur.Yanvar ayında avtomobillərə dəymiş zərərə görə həyata keçirilmiş sığorta ödənişlərinin orta məbləği 1,082 manat olmuşdur.
NV-nə dəyən zərərlərə görə həyata keçirilmiş sığorta ödənişlərinin 66%-ni 1000 manatadək, 26%-ni 1000 manatdan 3000 manatadək, 8%-ni isə 3000 manatdan 5000 manatadək olan ödənişlər təşkil etmişdir.