Azərbaycanda yanvar ayı ərzində gömrük xətti ilə dövlət büdcəsinə daxil olma son bir ilin ən “ölü ayı” oldu.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə cəmi 282 milyon 736.5 min manat həcmində vəsait daxil olub.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 50.96 mln (15%) az, eləcə də, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 69.99 mln. (20%) az olması deməkdir.
2021-ci ilin yanvarında büdcə daxilolmalarında gömrük rüsumu üzrə 77.12 milyon manat (öncəki ayla müqayisədə: -26%), ƏDV üzrə 193.74 milyon manat (-16%), Aksizlər üzrə 9.11 milyon (-41%), yol vergisi üzrə 2.76 milyon manat (-17%)vəsait daxil olub.