2022-ci ilin yanvar ayında Azərbaycanda təxminən 2,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Respublika üzrə neft hasilatının 1,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,4 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 2,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 2,2 milyon tondan çoxu konsorsiumun, 79,8 min tonu isə SOCAR-ın payına düşür.
2022-ci ilin yanvar ayında ölkədə 4,1 milyard kub metr təbii qaz hasil edilib. Qazın 1,2 milyard kub metri AÇG-dən, 2,2 milyard kub metri “Şahdəniz”dən, 0,7 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 2 milyard kub metr təşkil edib. Türkiyəyə təqribən 0,8 milyard kub metr, Avropaya təqribən 0,8 milyard kub metr, Gürcüstana isə 0,4 milyard kub metr qaz ixrac edilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 fevral 2022-ci il tarixinədək 583 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 548 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 35 milyon tona yaxın kondensat çıxarılıb.
Yataqlar istismara veriləndən 2022-ci ilin 01 fevral tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 191 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 160 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 110 milyard kub metrə yaxın həcmi ixraca nəql edilib.
Ölkədə neftin emalı 2022-ci ilin yanvar ayında 583 min ton təşkil edib.