2025-ci ilin yanvarında Azərbaycan 86 654.05 ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 18 milyon 695 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 24% artıb, dəyər baxımından isə 15% azalıb.
2024-cü ilin yanvarında isə Azərbaycana 16 milyon 284 min dollar dəyərində 70 145.76 ton buğda idxal edilmişdi.
Bu il idxal olunan 1 ton buğdanın orta statistik qiyməti 7.4% və ya 16 dollar azalaraq 232 dollardan 216 dollara düşüb. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0.91%-ni təşkil edib.