16 C
Baku
Sunday, May 19, 2024

Yanvarda Azərbaycanda 200-ə yaxın avtomobil yığılıb – Kəskin artım

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar ayında 61,4 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az bu barədə DSK-ya istinadən xəbər verir.

Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə maşın və avadanlıqların istehsalı 80.3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7.9 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 23.5 faiz azalıb.

2023-сü ilin yanvar ayında 195 ədəd və ya əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 93
ədəd çox (91.2% çox) minik avtomobili istehsal olunmuşdur. Ay ərzində əvvəlki ilin müvafiq ayı ilə müqayisədə traktorların istehsalı 3.4 dəfə artıb.

01.02.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 314 ədəd təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər