Ötən ay Azərbaycann xarici ticarət dövriyyəsi $4 061.54 mln. təşkil edib ki, bunun 76%-ini ixrac, 24%-ini idxal təşkil edib. Belə ki, ixracın həcmi $3 086.68 mln., idxalın həcmi $974.86 mln. olub.
Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ay $2 111.82 mln. ticarət saldosu yaranıb.
Cari ilin yanvar ayındakı bu nəticələri ötən ilin yanvar ayı ilə müqayisə etsək görürük ki, bu ilin müvafiq dövründə xarici ticarətin həcmi 68.4% çoxdur. Həmçinin, ixrac 90.1%, idxal isə 23.8% artıb.