9 C
Baku
Thursday, December 12, 2024

Yanvarda könüllü avtosığorta bazarı 20%-ə qədər böyüyüb

2023-ci ilin yanvar ayında Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat  vasitələrinin könüllü sığortası üzrə 3 milyon 509 min manat sığorta haqqı hesablanıb.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları ötən illə müqayisədə 570 min manat və ya 19% artıb. Bu dövrdə Avtonəqliyyat  vasitələrinin könüllü sığortası üzrə ödənişlər isə 1 milyon 206 min manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 128 min manat və ya 6% azdır.

Qeyd edək ki, avtonəqliyyat  vasitələrinin könüllü sığortası üzrə ötən il 2 milyon 939 min manat sığorta haqqı hesablanıb, 1 milyon 134 min manat ödəniş həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər