25 C
Baku
Saturday, April 27, 2024

Yanvarda Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 10-u ötüb

2024-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 şirkət azdır.

Bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Qeyd olunub ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 5.3 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 18.4 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (11) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 4.7 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 4 sənaye və 6 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər