7 C
Baku
Wednesday, December 31, 2025

Yanvarın 1-dən hansı qanunlar qüvvəyə minəcək?

1 milyon 100 mindən artıq vətəndaşın əmək pensiyası artacaq. Gəliri dəyişməyən ailə daha çox sosial yardım alacaq. Sahibkarların vergi xərcləri azalacaq, hibrid avtomobillərə tətbiq edilən ƏDV güzəşti başa çatacaq.

Yanvarın 1-dən etibarən Azərbaycanda bir sıra qanunlar qüvvəyə minəcək.

Millət vəkili Vüqar Bayramov deyir ki, yanvarın 1-dən etibarən həm sosial, həm də iqtisadi sahədə dəyişikliklər olacaq. Məsələn, 2026-cı il üçün ünvanlı dövlət sosial yardım meyarı 300 manat müəyyən eilib.

Vüqar Bayramovun sözlərinə görə, iqtisadi sahədə də mühüm dəyişikliklər gözlənilir.

Bundan başqa yeni qüvvəyə minəcək qanunlardan biri də xüsusi icra orqanlarının  məhkəmə icra sistemində iştirakının nəzərdə tutulmasıdır. Yanvarın 1-dən taksilər ilə bağlı da Azərbaycanda yeni qaydalar tətbiq olunacaq: taksi sayı limitlənəcək, daha ciddi tənzimləmələr olacaq.

Son xəbərlər
Digər xəbərlər