8 C
Baku
Monday, December 23, 2024

Yanvarın ilk valyuta hərracının nəticələri açıqlandı

6 yanvar 2022-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilmişdir. Hərracda tələb 114,1 mln.ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Cari həftədə qeyri-iş günləri ilə əlaqədar tələbin həcmi 2 hərrac əvəzinə 1 hərrac keçirilməsi amili ilə formalaşmışdır. Bununla belə, 2 hərrac üzrə nəzərdə tutulan təklif məbləği tam satılmamışdır.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Onu da qeyd edək ki, ötən il valyuta hərraclarının böyük əksəriyyətində təklif tələbi üstələmiş, ümumilikdə valyuta bazarı tarazlı olmuş, milli valyutanın məzənnəsinin dayanıqlığı təmin edilmişdir.

2022-ci ildə də proqnozlaşdırılan profisitli tədiyə balansı, dövlət büdcəsinə Dövlət Neft Fondundan transfertlərin əhəmiyyətli artımı daxili valyuta bazarının tarazlığını dəstəkləyəcəkdir.

Son xəbərlər
Digər xəbərlər