27 C
Baku
Saturday, July 27, 2024

‘Yapı Kredi Azərbaycan’nın rəhbərliyinə yeni təyinatlar

“Yapı Kredi Bank Azərbaycan”nın İdarə Heyətinə və Müşahidə Şurasına yeni təyinatlar olub. Bu barədə məlumat Banker.az saytına Bankdan verilir.

“Yapı Kredi Azərbaycan”nın İdarə Heyətinə üzv kimi Baş Direktorun Satış və Marketinq üzrə müavini Sinan Ağırbaş seçilib. O, vəzifəsinin icrrasına 05.02.2019- ci ildən etibarən başlayıb.

Sinan S.Ağırbaş 1999-cu ildə Anadolu Universitetinin Ümumi İqtisadiyyat fakultəsini bitirib. 2010-2012 ci illərdə Yapı Kredi Bank Azərbaycan QSC-də Sumqayıt Filialının müdiri, 2012-2013 cü illərdə Yapı Kredi Bank Azərbaycan QSC-də Müştərilərə Xidmət Departamentinin Müdiri, 2014-2018 ci illərdə Yapı Kredi Bankası A.Ş/Türkiyə, İzmir Ege Filialı Filial müdiri, 2018-2019 cu illərdə Yapı Kredi Bank Azərbaycan QSC Satış və Marketinq üzrə Baş Direktor müavini vəzifəsində çalışmışdır. 

Qeyd olunan daha bir təyinat isə Patrick Josef Schmitt-in Bankın Müşahidə Şurasında üzvlükdən çıxandan sonra  yeni üzvün seçilməsidir. Belə ki, P.J.Schimitt-in yerinə Albert Angersbach təyin edilib. O, Almaniya vətəndaşıdır.

Son xəbərlər
Digər xəbərlər