“Yapı Kredi Azərbaycan” QSC depozitlərindən üçünün illik faizini qaldırıb.
Banker.az xəbər verir ki, bu artım Dövrü Qazanc Əmanətinin manat valyutasında cəlb olunan depozitlərə aiddir.
Bank bu əmanətinin illik faiz dərəcəsini 4%-dən, 5,75%-ə qədər yüksəldilib.
Bu əmanətlər hazırda 36 ay müddətinə qədər qəbul edilməklə 1 000 – 100 000 manat aralığında cəlb edilir.
Digər bir dəyişiklik isə Standard Qazanc Əmanətidir. Bu əmanətin faiz dərəcəsi manatda illik olaraq 5%-dən 6,50%-ə qədər qaldırıb. Yığım əmanətinin faizi 4,50%-dən 6,50%-ə qədər yüksəldilib.