“Yapı Kredi Bank Azərbaycan” QSC istehlak krediti kimi təqdim etdiyi “Yeni müştəri krediti” məhsulunun faiz dərəcəsini kəskin endirib.
Banker.az-ın xəbərinə əsasən, kommersiya bankı bu məhsulun illik, başlanğıc faiz dərəcəsini 4,10% bəndi azaldaraq 19,90%-ə endirmişdir.
Qeyd edək ki, bu kredit üzrə bəzi hallarda zamin və girov da tələb edilmir.