10 C
Baku
Friday, December 13, 2024

Yapı Kredi Bank Azərbaycan Bakıda iki filialını birdən istifadəyə verdi

Əhalinin sıx yerləşmiş rayonlarındna biri olan Yasamal rayonunda iki filialını birdən müştərilərinin istifadəsinə verən Yapı Kredi Bank Azərbaycan, bununla da ümumi filial sayını 18-ə çatdırdı. Bankın yeni xidmət məntəqələrində müştərilər istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, məşhur kredit kartı markası-Worldcard, valyuta əməliyyatları və digər bank məhsullarını əldə edə biləcəklər.

“Yasamal” və “İnşaatçılar” filialı adlanan hər iki filial Bakının Yasamal rayonunda, müvafiq olaraq Şərifzadə küçəsi 75A (İnşaatçılar metrosu yaxınlığında) və Bəsti Bağırova küçəsi 2A (Dövlət Statistika Komitəsi ilə üz-bə-üz) ünvanında fəaliyyət göstərir. Bank “Xidmətdə sərhəd yoxdur” sloqanına sadiq qalaraq digər filiallar kimi yeni açılan iki filialda da, peşəkar və təcrübəli komanda ilə müştərilərinə xidmət götərməkdədir.

Yasamal rayonu biznes mərkəzlərinin, iş yerlərinin sıx yerləşdiyi rayonlarından biri olduğu üçün, filial biznesin inkişafına dəstək vermək üçün müxtəlif kredit və digər bank məhsulları təklif edir.

Yapı Kredi Bank Azərbaycan bankçılığın hər sahəsində fiziki və hüquqi şəxslər üçün müxtəlif məhsul və xidmətlər təklif edir. Bank yarandığı gündən “xidmətdə sərhəd yoxdur” prinsipinə sadiq qalaraq, müxtəlif çeşidli kredit və depozit məhsulları, eyni zamanda kredit və debet kartları, pul köçürmə, sığorta, internet bankçılıq və 24/7 fasiləsiz çalışan *0444 Telefon Mərkəzi kimi innovativ həllərini müştərilərin istifadəsinə təqdim edir.

Bankın məhsul və xidmətləri ilə bağlı məlumatı daim yenilənən www.yapikredi.com.az  və https://www.facebook.com/YapiKrediAZ  səhifələrindən, eyni zamanda 7 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər