®“Yapı Kredi Bank Azərbaycan” dayanıqlı və sosial məsuliyyətli biznesləri bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub.
Beləliklə “Yapı Kredi Bank Azərbaycan” BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.
BMT-nin Qlobal Sazişi özəl sektor üçün insan hüquqları, əmək, ətraf mühit və korrupsiya ilə mübarizə sahələrində qəbul edilmiş 10 prinsipi, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərini şirkətdaxili fəaliyyətlərində dəstəkləməklə bərabər onlardan faydalanmağa zəmin yaradan prinsipləri ehtiva edir.
2000-ci ildə qüvvəyə minən BMT-nin Qlobal Sazişi, haı-hazırda 160 ölkənin 15.000-dən artıq şirkəti, 3.000 qeyri-kommersiya təşkilatı və Qlobal Sazişin 70-dən çox Yerli Şəbəkəsi daxil olmaqla dünyanın ən hərtərəfli korporativ dayanıqlılıq təşəbbüsüdür.