9 C
Baku
Friday, December 13, 2024

«Yapı Kredi Bank Azərbaycan» QSC-nin 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəriciləri açıqlandı®

Bankın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, bankın cəmi balans kapitalı  ötən dövrlə müayisədə artaraq 80  milyon 393 min manata çatıb və verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə hesabat tarixinə ehtimal edilən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 44 milyon manat təşkil edir.

Bankın ümumilikdə cəlb etdiyi depozit portfeli 263 milyon manat təşkil edib. Fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin həcmində ötən ilin müvafiq dövri ilə müqayisədə 12 milyon manat artım müşahidə olunmuşdur. 

Həmçinin, 2020-ci ilin  birinci rübünün sonuna “Yapı Kredi Bank Azərbaycan”ın I dərəcəli kapitalının adekvatlıq əmsalı ötən ilin müvafiq dövri ilə müqayisədə 64% artaraq 37.8%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 56% artaraq 38.9%-ə çatmışdır. Bankın leverec əmsalı cari ilin ilk rübündə artaraq 18.2%-ə çatmışdır. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur.

Cari ilin birinci rübünün sonunda bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon manat artaraq 173 milyon manata bərabər olub.  

2020-ci ilin ilk rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 72 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır. . 

Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarlarıı Koç Holding (Türkiyə) və UniCredit (İtalya) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

Son xəbərlər
Digər xəbərlər