2 C
Baku
Saturday, December 14, 2024

“Yapı Kredi Bank Azərbaycan”dan aztəminatlı və şəhid ailələrinə növbəti dəstək

®“Yapı Kredi Bank Azərbaycan” özünüməşğulluq proqramı çərçivəsində 2-si şəhid ailəsi olmaqla 4 aztəminatlı ailəsini öz biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.

Bakı şəhəri, Sumqayıt şəhəri və Binəqədi rayon sakinləri olan Hüseynova Zərifə, Əmrahova Gülnar, Mustafayev Rövşən və Nəcəfova Əfsanə ilə fərdi dərzi atelyesinin yaradılması üçün bank tərəfindən onlarla danışıqlar aparılmış və təqdim olunan plan əsasında həmin şəxslər bütün lazımi avadanlıqlarla təchiz edilərək bizneslərini qurmağa imkan yaradılmışdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı təşəbbüsü və Azərbaycan Banklar Assosasiyasının koordinasiyası ilə icra edilən bu korporativ sosial məsuliyyət proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Bu proqramın əsas məqsədi həmin ailələri kiçik biznes qurmaq, və ya  mövcud biznesi genişləndirmək üçün tələb olunan texniki təchizatla təmin etməkdən ibarətdir. “Yapı Kredi Bank Azərbaycan” təməl dəyərlərindən biri olan korporativ sosial məsuliyyət prinsipini əsas götürərək, layihədə yaxından iştirak etməyə qərar vermişdir.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Son xəbərlər
Digər xəbərlər