8 C
Baku
Friday, December 13, 2024

“Yapı Kredi Bank Azərbaycan”ın 2023-cü il üzrə xalis mənfəəti kəskin artıb – 12 milyon manat!

Yapı Kredi Bank Azərbaycan 2023-ci  il üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən ili uğurla bitirən Bankın xalis mənfəəti kəskin artaraq 12 milyon manat təşkil edib.

Ötən il ilə müqayisədə Bankın faiz gəlirləri 36% artaraq 36 milyon manat, qeyri-faiz gəlirləri 22% artaraq 23 milyon manat təşkil edib. Ümumilikdə isə, Bankın xalis faiz gəliri  38% artaraq 33 milyon manat olmuşdur.

Maliyyə nəticələrinə əsasən, 2022-ci illə müqayisədə 2023-cü ildə bankın aktivlərinin həcmində 7% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 515 milyon manat təşkil edib.

Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 23% artmış və 292 milyon manat olmuşdur, biznes kreditləri 12% artaraq 189 milyon manat, həmçinin müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 50% artaraq 68  milyon manat olmuşdur. Daşınmaz əmlak üzrə verilən kreditlər isə 55% artaraq 35 milyon manat təşkil edib.

2022-cü ilin göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir.  Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur. Bankın tutulmalardan sonra məcmu kapitalı 88 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

232223242

Korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq hər zaman sosial məsələlərə həssas münasibəti ilə seçilən Yapı Kredi Bank  Azərbaycan  ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsiri minimuma endirmək üçün addımlar atmışdır. Bank BMT-nin Qlobal Sazişinin universal prinsipləri əsasında qlobal iqtisadiyyata və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək üçün öz üzərinə mühüm və məsuliyyətli korporativ öhdəlik götürmüşdür.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər