22 C
Baku
Friday, April 19, 2024

“Yapı Kredi Bank Azərbaycan”nın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin rəhbərliyini iki şəxs tərk edib. Onlardan biri Müşahidə Şurasının sədr müavini (italiyalı) və digəri isə (almaniyalı) üzvidir.

Banker.az-ın əldə etdiyi xəbərə görə, bankın Müşahidə Şurasının sədr müavini Marco Iannaccone vəzifəsini tərk edib. O, 2019-cu ilin oktyabrında təyin edilib.

Marco Iannaccone 1983-cü ildə Universita degli Studi di Venezia-dan bakalavr bitirib, daha sonra isə Clemson Universitetindən İdarəetmə üzrə magistratura təhsili alıb.Professional karyerasında 2002-ci ildə “Unicredit Private Banking SpA”da Aktivlərin idarəedilməsi bölməsinin aidiyyətdə M&A fəaliyyəti üzrə məsul şəxs kimi başlayıb, daha sonra isə müxtəlif illərdə Unicredit Şəxsi Sərvət məsləhəçisi, Strategiya, Planlama və nəzarət üzrə rəhbər vəzifələrdə fəaliyyətini davam etdirib. 2008-2013-cü illərdə isə Bank Pekao Sa-da Baş Maliyyə məmuru vəzifəsini icra edib. 2013-2016-cı illərdə “Yapı Kredi Bankası” A.Ş (Türkiyə) ofisində İcraçı Vitse Prezident və Baş Maliyyə direktoru vəzifəsində çalışıb. 2016-2019-cu illərdə isə “UniCredit” Bankının (Macarıstan) Baş Direktor müavini olub.

Həmçinin, 2019-cu ilin iyil ayından etibarən isə “Yapı Kredi Bankası” A.Ş (Türkiyə) ofisində İcraçı Direktor və Əməliyyatlar üzrə Baş İnzibatçı vəzifəsində işləyib.

Vəzifəsini təkr edəkən daha bir şəxs isə Albert Angersbach-dır.­ O, Müşahidə Şurasının üzvü idi.

Albert Angersbach 2006-cı ildə Frankfurt am Main Tədbiqi Elmlər Universitetinin Maliyyə və Hüququn Beynəlxalq tədrisi fakultəsini bitirib. 2006-cı ildən başlayaraq Avstriyanın Vyana şəhərində UniCredit Bankda Korporativ Kredit Analitiki kimi çalışıb. 2007-2010-cu illərdə isə Deutsche Bankın Frankfurt ofisində Kredit İnzibatçısı/Vitse Prezidentin müavini vəzifəsini icra edib. 2010-2013-cü illərdə isə Alma-Ata şəhərində ATF Bank-UniCredit Qrupunda əvvəl Kredit təsis üzrə rəhbəri , daha sonra isə Baş Risk İnzibatçısı kimi fəaliyyət göstərib. 2013-2016-cı illərdə isə Kiyevdə yerləşən UkrsotsBank- UniCredit Qrupunda Korporativ Kredit Əməliyyatları üzrə müdiri kimi çalışıb. 2016-2018-ci ilələrdə Zaqrebdə Zagrebacka Bank-UniCredit Qrupuna Baş Risk İnzibatçısı kimi çalışan Albert Angersbach 2018-ci ildən etibarən Yapı Kredi Bankası A. Ş Türkiyədə Risklərin İdarəedilməsi üzrə Baş Direktor müavini vəzifəsini icra edir.

İki şəxsin vəzifəsini tərkindən sonra Müşahidə Şurası üç nəfər ilə hamısı Türkiyə vətəndaşları ilə təmsil olunur.

Son xəbərlər
Digər xəbərlər