7 C
Baku
Sunday, December 15, 2024

“Yapı Kredi Bank Azərbaycan”a yeni təyinat

“Yapı Kredi”nin Azərbaycandakı törəmə bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Audit Komitəsinə yeni üzv təyin olunub.

Banker.az xəbər verir ki, Gül Pinar Salcı adlı Türkiyə vətəndaşı komitəyə yeni üzv kimi seçilib.

Hazırda G.Pinar həmçinin Türkiyənin “Yapı Kredi Bank”ında İcraçı Vitse-Prezident və Strateji Marketing və Biznesin İnkişafı üzrə baş direktor müavini vəzifəsindədir, bu barədə bankın saytında məlumat kimi qeyd edilir.

1990-1994-cü illərdə Ankara Universitetinin Sosial Elmlər fakultəsinin Beynəlxalq Münasibətlər ixtisasını bitirib. 1995-1997-ci illərdə Gül Pinar Salcı “Yapı ve Kredi” Bankının Beynəlxalq bölməsinin region üzrə meneceri vəzifəsində çalışıb. 1997-ci ildən 2002-ci ilədək isə İnvestor əlaqələri üzrə menecer vəzifəsini icra edib. 2002-2011-ci illərdə Maliyyə direktoru, vitse-prezident vəzifəsində fəaliyyət göstərib. 2011-ci ildən etibarən İcraçı Vitse-Prezident və Strateji Marketinq və Biznesin İnkişafı üzrə baş direktorun müavini vəzifəsində işləyir.

Son xəbərlər
Digər xəbərlər