100% Türkiyə kapitallı “YapıKredi Bank Azərbaycan” QSC-nin aktivlərinin həcmi 2020-ci ilin əvvəli ilə müqayisədə ilk yarımillikdə 17 faiz kiçilməklə 428.58 mln manat olub.
Banker.az bu barədə bankın cari ilin II rübünə olan mlaiyyə hesabatına istinadən xəbər verir.
Bankın aktivlərində əsas azalma “payı” kredit portfelində və nağd vəsaitlərin azalması səbəbindən baş verib. Bankın kredit portfeli 159.39 mln. manatla (-15%) , nağd vəsaitlərin həcmi 176.48 mln. manatla (-14%) və qiymətli kağızların həcmi 31.38 mln. manat (-14%) və bank və digər maliyyə institutlarına 8.67 mln. manat (2 dəfədən çox azalma) təşkil etmişdir.
Bankın cəmi öhdəliklərinin həcmi 273.82 mln. manat olub, bunun 254.04 mln. manatı depozit portfeli, o cümlədən, 84.07 mln. manatı fiziki şəxslərin və 169.97 mln. manatı hüquqi şəxslərin depozitləridir.