“YapıKredi Bank Azərbaycan”ın rəhbərliyində dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, Bankın Müşahidə Şurasının üzvü Nazan Somer Özelgin Serkan Ülgenlə əvəz olunub.
Məlumat üçün qeyd edək ki, hazırda bankın Müşahidə Şurasında 4 nəfər təmsil olunur. Bunlar Şuranın sədri Nikollo Ubertalli, üzvləri isə Patrik Jozef Şmit, Feza Tan və Serkan Ülgendir.