9 C
Baku
Monday, November 18, 2024

Yapon Bankı qərar verdi, yen dollara qarşı 33 ilin minimumuna düşdü

17:22

Yapon yeni ABŞ dollarına qarşı daha 2% ucuzlaşaraq 150.96 səviyyəsinə düşüb.


09:29

Yaponiya Bankı (Mərkəzi Bank) uçot faiz dərəcəsinə dair faiz qərarını verib və bu qərar milli valyutanı dollar qarşısında ucuzlaşdırıb.

Banker.az xəbər verir ki, BOJ uçot faiz dərəcəsini neqativ zona -0.10%-də saxlayıb.

Bununla da 2015-ci ilin noyabrından tətbiq etdiyi neqativ faiz dərəcəsi ilə monetar siyasətini davam etdirmiş olur.

Bu xəbərin ardından dollar/yen cütlüyü psixoloji hədd olan 150 səviyyəsini ötüb keçib.

Belə ki, bu xəbərin ardından USD/JPY cütlüyünün məzənnəsi sessiya ərzində 0.7 faiz bahalaşmaqla 150.14 səviyyəsində qərarlaşıb. Bu da 2022-ci ilin oktyabrındakı 151 səviyyəsinə qalxması deməkdir. Dollar/yen cütlüyü sonuncu dəfə 1990-cı ildə 150 səviyyəsində yuxarı ticarət olunub.

21312

Son xəbərlər
Digər xəbərlər