10 C
Baku
Thursday, December 12, 2024

Yapon yeni 1998-ci ilin minimumunu yeniləyib

Yapon yeninin dəyəri son sutka ərzində 2.5% ucuzlaşaraq 1998-ci ilin avqustunun minimumuna çatıb. Bakı vaxtı ilə saat 06:30-da valyuta Tokio Fond Birjasında 1 dollar üçün 143.73-143.74 yen məzənnəsi ilə ticarət olunub. Nyu-York birjasında məzənnə 1 dollar üçün 143.45 yen səviyyəsinə düşüb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Valyuta məzənnəsi Yaponiya Bankı və Qərb tənzimləyicilərinin uçot dərəcələrində artan uçurum fonunda düşür. Yaponiya Bankı kommersiya bankları depozitləri üzrə qısamüddətli faiz dərəcəsini illik -0.1% səviyyəsində saxlayır, onillik dövlət istiqrazları üzrə hədəf gəlirlilik də sıfıra yaxındır. Tənzimləyici hesab edir ki, bu, bazarları stimullaşdırmağa və 2%-lik inflyasiya hədəfinə nail olmağa kömək edəcək. Eyni zamanda, Qərb tənzimləyiciləri inflyasiya ilə mübarizə aparmaq üçün dərəcələri artırır.

Son xəbərlər
Digər xəbərlər