15 C
Baku
Wednesday, May 15, 2024

Yapon yeni 20 illik minimuma düşüb

Tokioda keçirilən valyuta hərracında yapon yeni  ABŞ dollarına nisbətdə 1%-dən çox ucuzlaşaraq 1 dollar üçün 130 yeni ötüb. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu, 2002-ci ildən bəri ilk dəfədir.

Vurğulanır ki, yenin ucuzlaşmasından əvvəl Yaponiya Bankı mövcud pul siyasətini saxlamaq və uçot dərəcəsini artırmamaq qərarını verib. Tənzimləyici açıqlamada “qısa və uzunmüddətli faiz dərəcələrinin indiki və ya daha aşağı səviyyədə qalacağını gözlədiyini” bildirib.

İlin əvvəlində Yaponiyanın milli valyutası 1 dollar üçün 115 yen səviyyəsində ticarət olunub. Lakin son bir neçə həftə ərzində Yaponiya Bankı və ABŞ Federal Ehtiyatlar Sisteminin pul siyasətində gözlənilən fikir ayrılığı fonunda ucuzlaşma olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər