Bazar ertəsi Tokioda keçirilən hərracda Yaponiya milli valyutasının məzənnəsi 1990-cı ildən bəri ilk dəfə bir dollar üçün 148.6 yen səviyyəsinə düşüb. Xatırladaq ki, əvvəlki keçən həftənin cümə günü qeydə alınıb və 147 yen təşkil edib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sentyabrın sonunda yenin 145.9 səviyyəsinə düşməsi fonunda Yaponiya valyuta bazarına müdaxilə edib. Sentyabrın 22-də dövlətin birdəfəlik müdaxilə üçün rekord göstərici olan 2.8 trilyon yen (təxminən 19.6 milyard dollar) əldə etdiyi müdaxilədən sonra məzənnə bir dollar üçün 140 yenə yüksəlib, lakin bir neçə gündən sonra yenidən əvvəlki vəziyyətinə qayıdıb.