15 C
Baku
Monday, November 11, 2024

Yapon yeni avroya qarşı 2008-ci ildən bəri ən aşağı həddə düşüb

Yapon yeni 2008-ci ildən bu tərəfə avroya qarşı ən zəif səviyyəyə düşüb və dollara nisbətdə əsas səviyyəyə yaxınlaşdı və ABŞ dollarına qarşı isə səviyyəyə qədər enib.

Banker.az xəbər verir ki, yapon pulu avroya qarşı 0.8% ucuzlaşaraq 159.05-ə, dollara qarşı isə 0.35% ucuzlaşaraq 144.22-yə düşüb.

USD/JPY cütlüyündə 145 səviyyəsi bir çox investorlar tərəfindən yaxından izlənilən səviyyədir və beləliklə indiki artımla bu səviyyəyə o qədər də uzaq deyil. Üstəlik bu göstərici ABŞ-dan gələn inflyasiya xəbərləri fonunda baş verib. ABŞ-da illik inflyasiya iyunda 3.0% olduğu halda, iyulda 3.2% səviyyəsinə yüksəlib. Bu dollar üçün statistika açıqlanan müddətdə neqativ təsir etdi və əksər valyutalara qarşı ucuzlaşdırdı. Gözlənti 3.3%-lik inflyasiya artımı idi.

Yapon rəsmiləri ötən il 1998-ci ildən bəri ilk dəfə valyuta 146-a doğru ucuzlaşdıqdan sonra yenini dəstəkləmək üçün addım atdılar. Bu, valyutanın zəifləmə tendensiyasını bərpa etməzdən əvvəl ilin əvvəlində yen dollara qarşı 130-dan aşağı səviyyəyə qalxmasına səbəb oldu. Yaponiya dünyada mənfi uçot faiz dərəcəsi siyasətini davam etdirən yeganə ölkədir. Bu siyasətdə olan Skandinaviya, İsveçrə və Avropa Mərkəzi Bankı çoxdan faizləri sıfırın üzərinə qaldırıb.

Bununla belə Yaponiya Bankının son 10 illik dövlət istiqrazlarının uçot dərəcələrinin 1%-ə yüksəlməsinə imkan verən siyasət düzəlişi valyutaya az dəstək verib.

Son xəbərlər
Digər xəbərlər