Bu ilin iyul ayından başlayaraq, bu sənəd üçün rüsum hazırkı 3000 yendən 15.000 yenə (təxminən 90 dollar) yüksələcək. Agentlik qeyd edib ki, bu, 1978-ci ildən bəri ilk qiymət artımıdır. Eyni zamanda, ziyarətçilərə müəyyən müddət ərzində Yaponiyaya təkrar daxil olmaq imkanı verən çoxdəfəlik giriş vizası üçün rüsum 6000 yendən 30.000 yenaya (təxminən 185 dollar) yüksələcək.