6 C
Baku
Monday, December 16, 2024

Yaponiya 6G rabitə sisteminin tətbiqinə hazırlaşır

Yaponiya hökuməti, ölkədə 2030-cu il üçün planlaşdırılan altıncı nəsil  rabitə sisteminin tətbiqinə hazırlıqlara başlamaqla bağlı çərşənbə axşamı günü qərar verib. Bu məqsədlə texniki mütəxəssislərdən, özəl biznes və müvafiq qurum nümayəndələrindən ibarət ekspertlər şurası yaradılacaq. Onlar yayda yeni formata keçidlə əlaqədar kompleks strategiya üzərində işləyəcəklər.

Yaponiyada 5G şəbəkəsinin kütləvi tətbiqi isə bu yazda olacaq. Ondan istifadəyə görə ölkə, ABŞ və Cənubi Koreyadan geridə qalır.Belə ki, bu ölkələrdə artıq 5G-dən istifadəyə başlanılıb.

Kyodo informasiya agentliyi qeyd edir ki, artıq Yaponiya hökuməti bizneslə birgə daha sürətli və etibarlı 6G şəbəkəsinə keçiddə liderliyə can atır.

©Bizplus

Son xəbərlər
Digər xəbərlər