5 C
Baku
Saturday, December 14, 2024

Yaponiya 6G şəbəkəsinin inkişafına 652 milyon dollardan çox vəsait ayıracaq

Yaponiya hakimiyyəti altıncı nəsil (6G) rabitə sistemlərinin inkişafı ilə məşğul olan şirkətlərə 70 milyard yen (təxminən 652,4 milyon dollar) ayırmaq niyyətindədir. Banker.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “Kyodo” məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, 6G texnologiyasının tətbiqi 2030-cu ilədək planlaşdırılır.

Xatırladaq ki, yanvar ayında Yaponiya Nazirlər Kabineti nəzdində tərkibinə texniki mütəxəssislər, özəl biznes və ixtisaslaşmış şöbələrin nümayəndələri daxil olan Şura yaradılmışdır. Bu Şura ölkədə yeni rabitə sistemlərinin tətbiqi strategiyası üzərində çalışır.

Bildirilib ki, Yaponiya hakimiyyətini ABŞ və Cənubi Koreyadan geri qalması narahat edir, buna görə də o, sürətli rabitə sistemləri sahəsində lider olmağı planlaşdırır.
Bildiyimiz kimi, altıncı nəsil rabitə sistemlərinin inkişafına həmçinin Çin, Cənubi Koreya və Finlaydiya sərmayə qoyur.

Son xəbərlər
Digər xəbərlər